...

Ötən gün qanunsuz saxlanılan silah-sursat tapılıb

Gündəm Materials 12 Aprel 2025 12:23 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat tapılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 11-də qanunsuz saxlanılan silah-sursat tapılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 patron darağı və 42 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti