...

İranla məsləhətləşmələrin ikinci raundu aprelin 19-da keçiriləcək - Ağ Ev

Gündəm Materials 13 Aprel 2025 00:34 (UTC +04:00)
İranla məsləhətləşmələrin ikinci raundu aprelin 19-da keçiriləcək - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranla məsləhətləşmələrin ikinci raundu aprelin 19-na planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Tərəflər aprelin 19-da yenidən görüşmək barədə razılığa gəliblər", - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti