...

Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 18 Aprel 2025 12:02 (UTC +04:00)
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin, ekspertlərin iştirakı ilə tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası haqqında zəruri məlumatlar verilib. Qeyd olunub ki, ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsi də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirilir.

Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda brifinqlər təqdim edilib. Tədbirdə, həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən danışılıb, Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydaları ilə bağlı geniş məlumat verilib.

Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti