Bakı. Trend:
Aprelin 19-da və 20-də qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 19-da və 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 3 qumbara, 11 tüfəng, 5 patron darağı və 144 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.