Bakı. Trend:
Binəqədi rayonunda silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 7 ədəd patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.