...

Sosial şəbəkələrdə SOCAR-ın adından saxta məlumatlar yayılır - Diqqətli olun! (VİDEO)

Gündəm Materials 30 May 2025 14:52 (UTC +04:00)
Sosial şəbəkələrdə SOCAR-ın adından saxta məlumatlar yayılır - Diqqətli olun! (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından saxta videolar yayılır.

Trend-in xəbərinə görə, yayımlanan videolarda iddia olunur ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov şirkətin 30 illik yubileyi ilə bağlı layihəyə start verdiyini açıqlayıb.

Videodan görünür ki, hər bir vətəndaş minimal sərmayə ilə guya 7000 manata qədər pul qazana bilər. O da bildirilir ki, “layihə”nin ilk həftəsində iştirakçılara 2 milyon manatdan çox pul ödənilib.

SOCAR-ın bu videolarla heç bir rəsmi əlaqəsi yoxdur. Görünən odur ki, bu, vətəndaşları çaşdırmağa yönəlmiş saxtakarlıqdır.

Vətəndaşları ayıq-sayıq olmağa, yalnız SOCAR-ın rəsmi kanalları və səlahiyyətli dövlət qurumları vasitəsilə yayılan yoxlanılmış və rəsmi məlumatlara etibar etməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti