...

ABŞ ilə danışıqların növbəti raundu iyunun 15-də baş tutacaq - İran XİN

Gündəm Materials 10 İyun 2025 03:21 (UTC +04:00)
ABŞ ilə danışıqların növbəti raundu iyunun 15-də baş tutacaq - İran XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə problemi ilə bağlı Tehran və Vaşinqton arasında dolayı danışıqların növbəti raundu iyunun 15-də Omanda baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi xəbər verib.

"Keçirilən məsləhətləşmələrə əsasən, İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır", - deyə nazirliyin nümayəndəsi İsmayıl Bəqai bildirib.

İran Xarici İşlər Nazirliyinin Telegram-kanalındakı paylaşıma əsasən, qurumun rəhbəri Abbas Əraqçi iyunun 11-12-də Osloda keçiriləcək konfransda iştirak etmək üçün Norveçə səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti