...

Azərbaycan Çinin təşəbbüsü ilə yaradılmış süni intellekt üzrə “Dostlar qrupu”na ilk qoşulmuş ölkələr sırasında yer alır

Gündəm Materials 10 İyun 2025 11:24 (UTC +04:00)
Azərbaycan Çinin təşəbbüsü ilə yaradılmış  süni intellekt üzrə “Dostlar qrupu”na ilk qoşulmuş ölkələr sırasında yer alır
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Çinin təşəbbüsü ilə yaradılmış süni intellekt üzrə “Dostlar qrupu”na ilk qoşulmuş ölkələr sırasında yer alır.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey səfirlik binasında Sivilizasiyalar arasında Birinci Beynəlxalq Dialoq Günü münasibətilə keçirilən brifinqdə deyib.

O vurğulayıb ki, Çin süni intellekt sahəsində qlobal idarəetməyə böyük əhəmiyyət verir və bu texnologiyanın yalnız varlı ölkələrin maraqlarına deyil, bütün bəşəriyyətin rifahına xidmət etməsinin tərəfdarıdır.

“Azərbaycan Çin tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının qətnaməsini fəal şəkildə dəstəklədi və süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa dair "Dostlar qrupu"na qoşulan ilk ölkələrdən biri oldu”, – deyə diplomat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti