...

Paytaxt ərazisində köşklərdən oğurluq edən şəxslər saxlanıldı

Gündəm Materials 4 Avqust 2025 20:29 (UTC +04:00)
Paytaxt ərazisində köşklərdən oğurluq edən şəxslər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami və Suraxanı rayonlarında yerləşən 2 köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4000 manata yaxın ziyan vurulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıblar.

Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti