Bakı.Trend:
Xaçmazda istirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.
Qeyd edilib ki, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.