...

XİN Emin İbrahimovun həlak olması ilə əlaqədar başsağlığı verib

Gündəm Materials 13 Noyabr 2025 16:16 (UTC +04:00)
XİN Emin İbrahimovun həlak olması ilə əlaqədar başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının keçmiş müxbiri Emin İbrahimovun faciəli şəkildə həlak olması ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

"Azərbaycan jurnalistikasının peşəkar nümayəndəsi kimi həm ölkəmizdə, həm də beynəlxalq media mühitində yer tutmuş Emin İbrahimovun xüsusilə Vətən müharibəsi dövründə hazırladığı reportajlar obyektivliyi, vətənpərvərliyi və yüksək peşəkarlığı ilə yadda qalıb", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, azərbaycanlı jurnalist, "Euronews" telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti