...

ABŞ-də Qərbi Azərbaycandan bəhs edən yeni kitablar işıq üzü görüb (FOTO)

Gündəm Materials 3 Dekabr 2025 12:44 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina Universitetinin professoru, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərovun XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və orada yaşayan Azərbaycan icmasının həyatı haqqında iki yeni kitabı işıq üzü görüb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, Əli Əsgərovun Tenessi Texnologiya Universitetinin professoru Maykl Gunterlə birgə qələmə aldığı “Forgotten Exile: The Deportations of Azerbaijanis by the Armenians in the Caucasus during the Twentieth Century” (“Unudulmuş sürgün: XX əsrdə Qafqazda azərbaycanlıların ermənilər tərəfindən deportasiyası”) adlı kitab bu ilin oktyabr ayında “Brill” nəşriyyatında buraxılıb. Nəşrdə XX əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar arxiv sənədləri, müsahibələr və geniş elmi mənbələr əsasında araşdırılıb. Kitabın mühüm özəlliyi müəllifin 1988-ci ildə öz ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçürülməsinə dair xatirələrə də yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir. Kitabın ərsəyə gəlməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək göstərib.

“Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship” (“Köklər və xarabalıqlar: İtirilmiş kənddə həyat və Sovet vətəndaşlığının iyirmi bir ili”) adlı ikinci kitabda müəllif doğulduğu Qarabağ kəndinin və Ermənistanda yaşayan azərbaycanlıların gündəlik həyatından, sosial quruluşundan, təhsilindən, təsərrüfat fəaliyyətindən və etnik gərginliklərin yüksəldiyi dövrdə baş verən hadisələrdən bəhs edib. Nəşr sovet dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir.

Hər iki kitab Qərbi Azərbaycanda tarixi, demoqrafik və sosial proseslərin elmi tədqiqi baxımından dəyərli mənbə hesab oluna bilər.

Kitabları aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

https://brill.com/display/title/72640

Amazon.com: Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship: 9798275414219: Askerov, Ali: Books

Məqalədə:
Xəbər lenti

Xəbər lenti