...

Bakı Metropoliteni NFC ilə ödəniş edən sərnişinlərin sayını açıqlayıb

Gündəm Materials 4 Dekabr 2025 09:33 (UTC +04:00)
Bakı Metropoliteni NFC ilə ödəniş edən sərnişinlərin sayını açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,93% daha çox sərnişin daşıyıb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu ay həmçinin yeni texnoloji mərhələ ilə yadda qalıb – ilk dəfə NFC ödəniş sistemi tətbiq edilib və sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

NFC ilə daşınmış sərnişinlərin sayı: 2 157 384 nəfər

NFC bütün ödənişli keçidlərin 11%-ni təşkil edib.

Bu nəticələr sərnişinlərin sürət, rahatlıq və innovasiyanı seçdiklərini göstərir.

Metro isə sərnişin etimadına daha təhlükəsiz və çevik xidmətlərlə qarşılıq verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti