...

2031–2035-ci illərdə Rəsmi Statistikanın İnkişafına dair Dövlət Proqramı hazırlanacaq

Gündəm Materials 25 Dekabr 2025 13:35 (UTC +04:00)
2031–2035-ci illərdə Rəsmi Statistikanın İnkişafına dair Dövlət Proqramı hazırlanacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2031–2035-ci illərdə Rəsmi Statistikanın İnkişafına dair Dövlət Proqramı hazırlanacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, 2029– 2030-cu illərdə milli statistika sisteminin qlobal qiymətləndirilməsinin nəticələri və rəsmi statistika məlumatlarından istifadə üzrə məmnunluq sorğusunun nəticələri də nəzərə alınmaqla, dövlət proqramının ilkin layihəsinin hazırlanması, fövlət proqramı layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməsi və Sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinə uyğun informasiya təminatının təkmilləşdirilməsi məqsədilə milli statistika sisteminin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti