...

Monqolustanın WUF13-də iştirakı ilə bağlı müzakirə aparıldı (FOTO)

Gündəm Materials 27 Yanvar 2026 12:10 (UTC +04:00)
Monqolustanın WUF13-də iştirakı ilə bağlı müzakirə aparıldı (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev ilə Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Anar Quliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə səmimi görüş keçirdik. Görüş zamanı Monqolustanın WUF13-də iştirak məsələləri, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlərə toxunaraq, ölkələrimizin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi apardıq. Səfirin Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığımızı bildirdik və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzuladıq", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti