...

Xaçmaz şəhərində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Gündəm Materials 29 Yanvar 2026 16:42 (UTC +04:00)
Xaçmaz şəhərində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbul keçirib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulda şəhər və ətraf yaşayış massivlərinin sakinləri iştirak edib.

Bildirilib ki, sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirərək, eyni zamanda yolların təmiri, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması və digər müraciətləri səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti