...

Xaçmaz rayonunda gömrük işçilərinin peşə bayramı qeyd edildi (FOTO)

Gündəm Materials 30 Yanvar 2026 13:22 (UTC +04:00)
Xaçmaz rayonunda gömrük işçilərinin peşə bayramı qeyd edildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda gömrük işçilərinin peşə bayramı qeyd edilib.

Trend xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və gömrük əməkdaşları iştirak ediblər.

Rayon rəsmiləri və gömrük işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gömrükçüləri müstəqil Azərbaycanda gömrük xidmətinin yaradılmasının 34-cü ildönümü və gömrük işçilərinin peşə bayramı münasibətilə təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının şəxsi heyəti Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq, respublikamızda həyata keçirilən islahatlarda Prezident İlham Əliyevi daim dəstəkləyir və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.

Digər çıxış edənlər də gömrük işçilərini peşə bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Sonda Xaçmaz Gömrük İdarəsinin bir qrup gömrük əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti