...

İndiyədək neçə nəfərə amnistiya tətbiq edilib?

Gündəm Materials 9 Fevral 2026 10:35 (UTC +04:00)
İndiyədək neçə nəfərə amnistiya tətbiq edilib?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15.119 şəxs barəsində tətbiq olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin 5.148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8.914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1.045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1.216-sı böyük ictimai təhlükə törətməyən, 13.054-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14.345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.

Amnistiya aktının icrası davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti