...

Bakının Abşeron rayonu ərazisində güclü yangın baş verib

Hadisə Materials 2 Oktyabr 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bakının Abşeron rayonu ərazisində güclü yangın baş verib. Bakı-Şamaxı yolunun 16-cı km-də yerləşən Caspian Fish balıq zavodunun arxasında yeni inşa olunmuş və istifadəyə verilməmiş sex yanıb. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən çərşənbə axşamı Trend ə bildirilib ki, yanğınsöndürənlər 4 saylı çağırışla hadisə yerinə çağrılıb. İdarədən bildirilib ki, bu dəqiqələrdə yanğınsöndürmə işləri davam etdirilir. Yanğın zamanı ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Abşeron rayon Polis İdarəsindən isə bildirilib ki, yanğının baş verdiyi sexin hansı müəssisəyə aid olduğu hələılik müəyyənləşdirilməyib. Polis İdarəsinin hadisə yerində olan əməkdaşının sözlərinə görə yanğın zamanı ölüm qeydə alınmayıb, yüngül xəsarət alanlar var.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Abşeron rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xəbər lenti

Xəbər lenti