...

Bakının Binəqədi rayonundakı mənzillərin birində güclü partlayış baş verib

Hadisə Materials 28 Noyabr 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakının Binəqədi rayonundakı mənzillərin birində çərşənbə axşamı güclü partlayış baş verib.

Binəqədi rayonundakı 7-ci mikrorayon, Dairəvi küçəsi ev 66, mənzil 34 ünvanında Valentina Əyyubovanın mənzilindəki partlayışa təbii qazın sızması səbəb olub. Daxili İşlər Nazirliyindən Trend ə bildirilib ki, partlayışdan mənzilin pəncərə çərçivələri yerindən çıxıb, ev əşyaları qismən yanıb.

Partlayışdan sonra mənzildə yanğın olub. Yanıq xəsarəti almış Əyyubova və qızı Natəvan isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti