...

İstanbulda uçmuş fabrikin dağıntıları altında azərbaycanlıların olma ehtimalı araşdırılır – baş konsul

Hadisə Materials 31 Yanvar 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir S.Ağayeva, F.Əfəndiyeva / Cümə axşamı İstanbulda baş vermiş patlayış nəticəsində dağılmış Davudpaşa corab fabrikinin dağıntıları altında azərbaycanlıların olma ehtimalı araşdırılır.

Türkiyə KİV-nin məlumatına görə, dördmərtəbəli fabrik binası altından 11 cəsəd çıxarılıb və 50-dən çox insan xəstəxanaya yerləşdirilib.

"Biz daima yerli hüquq mühafizə orqanları ilə əlaqədəyik, lakin hələ ki, fabrikin dağıntıları altında Azərbaycan vətəndaşlarının olmasına dair məlumat almamışıq" - deyə telefonla İstanbuldan Azərbaycanın bu şəhərdəki baş konsulu Səyyad Arazlı bildirib.

Partlayışın səbəbləri dəqiqləşdirilir. İlkin məlumatlara görə, partlayış qazan fabrikində baş verib.

Xəbər lenti

Xəbər lenti