...

Masallıda ailə başçısı intihar edib

Hadisə Materials 26 Mart 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Masallı, 26 mart / müxbir Trend P.Əliyeva / Masallı rayonunda intihar hadisəsi baş verib. Rayonun Tüklə kənd sakini 58 yaşlı Hüseynov Ərəstun Novruz oğlu bu gün saat 15 radələrində  yaşadığı evin həyətindəki yardımçı tikilinin tavanından kəndirlə özünü asıb. Doğmalarının bildirdiyinə görə uzun müddətdir ki, hansısa xəstəlikdən əziyyət çəkirmiş. Bezdiyinə görə bu addımı atmağa məcbur olub.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti