...

Azərbaycanın mərkəzi aran zonasında elektrik enerjisi və su təchizatında problem yaranıb

Hadisə Materials 30 May 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bərdə, 30 may / Trend , müxbir Ş.Cəliloğlu/ Dünən axşam saatlarında Azərbaycanın Bərdə rayonunda başlayan güclü külək saniyədə 32- 34 metr olmaqla rayonun şəhər və kənd təsərrüfatına xeyli ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyası üzvlərinin küləyin vurduğu ziyanla bağlı apardığı araşdırmalara görə, külək 200-dən çox fərdi yaşayış evinin dam örtüklərini, şəhərdaxili 310 metr su borusunu sıradan çıxarıb, 40 məktəb binasının dam örtüyünü və 4 səhiyyə ocağında pəncərələrin şüşələrini və dam örtüklərini uçurub.

Bərdə rayonunda 25 ədəd dəmir beton elektrik dirəyi aşıb,15km-dən çox elektrik xətti sıradan çıxıb və 3 ədəd trasformator yanıb. Bu saata qədər Bərdə rayonuna elektrik enerjisinin verilməsi dayandırılıb. Elektrik enerjisi verilmədiyinə görə Bərdədə su təchizatı ilə bağlı da problem yaranıb. Belə ki, artezian quyularında quraşdırılmış su mühərrikləri elektrik enerjisi ilə işləyir.

Güclü külək həmçinin kənd təsərrüfatına - meyvə ağacları, taxıl zəmilərinə da ciddi ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyası küləyin vurduğu ziyanla bağlı araşdırmanı davam etdirir. Rayon sakinləri İcra Hakimiyyətini mütəmadi olaraq küləyin vurduğu ziyan barədə məlumatlandırır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti