...

Azərbaycanın qərbində kütləvi zəhərlənmə qeydə alınıb

Hadisə Materials 27 Avqust 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Gəncə, 27 avqust / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 470 km aralı) Ağstafa rayonunda dünən toydan sonra kütləvi zəhərlənmə qeydə alınıb.

Trend -un bölgə müxbirinin məlumatına görə, 23 nəfər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda onlar müayinə olunur.

Xəstəxanadan bildirilib ki, ilkin məlumatlara görə, zəhərlənmənin süd məhsullarından olması ehtimal olunur. Zəhərlənənlərin sayının artacağı gözlənilir. Belə ki, zəhərlənmə ilə xəstəxanaya müraciətlər davam edir.

Keçən həftə Tovuzda toy mərasimindən sonra da kütləvi zəhərlənmə qeydə alınmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti