...

Taksı sürücüsünə hücum edilib

Hadisə Materials 1 Sentyabr 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında taksı sürücüsünə hücum edilib.

Nizami rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 30 -da saat 13:00 radələrində naməlum şəxs Nizami rayonunun Qara Qarayev prospektində Bakı şəhər sakini Fuad Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobilə əyləşərək, sürücüdən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığa aparmağı xahiş edib. Yolda bir nəfər naməlum şəxs də avtomobilə minib.

RPİ-dən bildiriblər ki, naməlim şəxslər qəbiristanlığa çatanda sürücünün üstünə tapança və bıçaq çəkməklə ona hədə-qorxu gəliblər. Sonra sürücünün əllərini və ayaqlarını bağlayıb, onu avtomobilin arxa oturacağına uzadaraq, avtomobillə bir neçə saat şəhərin müxtəlif istiqamətlərdə hərəkət edən quldurlar,nəhayət,avtomobili metronun "Neftçilər" stansiyasının yaxınlığında saxlayaraq qaçıblar.

Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

RPİ-dən onu da əlavə ediblər ki, hadisə Sabunçu rayonunun ərazisində baş verdiyindən, toplanmış materiallar araşdırılması üçün Sabunçu RPİ-ya göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti