...

Bakıdakı gözəllik salonlarının birində işləyən Əfqanıstan vətəndaşı itkin düşüb

Hadisə Materials 17 Dekabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir S.Kazımlı/ Azərbaycanın paytaxtında əcnəbi qadın itkin düşüb. İtkin düşən qadının paytaxtakı gözəllik salonlarının birində işlədiyi bildirilir. Bu barədə çərşənbə günü Trend - a Xətai rayon Polis İdarəsi (RPİ) 37- ci polis bölməsindən məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, rayonun Nobel prospekti, 41 ünvanında yaşayan 33 yaşlı Əfqanıstan vətəndaşı Rafia Əlizulla qızı Quraşininin yaxınları bir neçə gün əvvəl polisə müraciəıt edərək bildiriblər ki, dekabrın 7-də saat 20:00 radələrində Quraşini yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb.

Quraşininin Bakıdakı gözəllik salonlarının birində çalışdığı bildirilir.

Hazırda polis əməkdaşları Quraşininin yerinin müəyyən edilib tapılması üçün əməliyyat - axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Xətai RPİ 37- ci polis bölməsində araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti