Zaqatala rayonuna qazın verilməsi bərpa olunub

Azərbaycan, Zaqatala, 21 dekabr/ Trend , müxbir S.Fətəliyev/ Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunun (Bakıdan 450 kilometr məsafədə) mavi yanacaqla təchizatı bərpa edilib.
Rayona qaz verilməsinin dayandırılmasına səbəb dekabrın 20-də, səhər saat 09:00 radələrində Qaz İstismar İdarəsinin tənzimləyici qurğusunda baş vermiş partlayış olub.
Hadisədə xəsarət alan olmayıb. Məlumata görə, partlayışın səbəbi hələlik məlum deyil və bu istiqamətdə araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq