Azərbaycan, Naxçıvan, 20 fevral / Trend , müxbir E.Məmmədov/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda 20 yaşlı gənc cümə axşamı intihar edib.
Trend -un bölgə müxbirinin məlumatına görə, Muxtar Respublikasının Ərəzin kənd sakini Taleh Əbdül oğlu İbrahimov özünü asıb.
1989-cu il təvəllüdlü İbrahimov ötən ilin sonlarında ailə həyatı qurub.
Kənd sakinlərinin dediyinə görə, 20 yaşlı gənc ailə münaqişəsi zəmnində intihar edib. O, özünü qonşunun damındakı dirəkdən asıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Naxçıvan Muxtar Respublikası Ermənistan, İran və Türkiyə ilə sərhəddə yerləşir. Ermənistanla müharibə şəraitində olduğundan, Naxçıvana yalnız hava məkanı ilə, Türkiyə və İranın ərazisindən keçməklə avtomobil yolundan gedib-gəlmək olur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]