...

Bakının mərkəzində bir nəfər özünü partladıb, yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 30 Dekabr 2009 19:37 (UTC +04:00)
Bakı şəhəri Həsən Əliyev (keçmiş İnqilab) küçəsində naməlum şəxs özünü partladıb, Trend News-un müxbirinə hadisə yerindən məlumat verilib. Xoşbəxtlikdən hadisə yerində digər insanlar olmayıb, bunun nəticəsində digər qurban və xəsarət alan olmayıb.
Bakının mərkəzində bir nəfər özünü partladıb, yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav: axırıncı üç abzasda Nərimanov rayonunun prokuror müavinin sözləri əlavə olunub.

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir E. Məmmədov/

Bakı şəhəri Həsən Əliyev (keçmiş İnqilab) küçəsində bir nəfər özünü partladıb, Trend -un müxbirinə hadisə yerindən məlumat verilib.

İlkin məlumatlara görə partlayış Continental supermarketinin yaxınlığında baş verib.

Hadisə yerinə polis briqadaları və FHN əməkdaşları dərhal gəliblər.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyevin Trend verdiyi məlumata görə, hadisə yerində Rasim Əliyevin adına şəxsiyyət vəsiqəsi tapilib.

Hadisə nəticəsində polis işçisi yüngül xəsarət alıb, onun adı açıqlanmır.

Quliyevin sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə (Silahın qanunsuz daşınması) cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti