...

Azərbaycan paytaxtında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 57 nəfər təcili yardıma müraciət edib

Hadisə Materials 8 Fevral 2010 11:21 (UTC +04:00)
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev bazar ertəsi Trend News-a bildirib ki, müraciət edənlərin 50 nəfəri xəstəxanalara yerləşdirilib.
Azərbaycan paytaxtında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 57 nəfər təcili yardıma müraciət edib

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 57 nəfər təcili yardıma müraciət edib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev bazar ertəsi Trend -a bildirib ki, müraciət edənlərin 50 nəfəri xəstəxanalara yerləşdirilib.

Onlar müxtəlif dərəcəli sınıqlar, xəsarətlər alıblar. 7 nəfərə isə ilk tibbi yardım göstərilib.

Nağıyev bildirib ki, xəsarət alanların əksəriyyəti orta yaş həddində olanlardır. Təcili yardıma müraciət edənlərin arasında məktəbli uşaqlar yoxdur.

Fevralın 4-dən 5-nə keçən gecədən başlayaraq Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakıda güclü qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti