...

Azərbaycanda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 9-u yaralanıb (YENİLƏNİB)

Hadisə Materials 10 Noyabr 2010 13:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, noyabrın 9-da saat 20:00 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində rayon sakinləri Köçəri Rüstəmov, Zaur Rüstəmov və Yardımlı rayon sakini Cəbrayıl Babayevin idarə etdikləri üç "VAZ-2107" markalı avtomaşın toqquşub.
Azərbaycanda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 9-u yaralanıb (YENİLƏNİB)

RED. əlav.: Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycanın Cəlilabad rayonunda 4 nəfərin ölümü, 9 nəfərin yaralanmasi ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, noyabrın 9-da saat 20:00 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində rayon sakinləri Köçəri Rüstəmov, Zaur Rüstəmov və Yardımlı rayon sakini Cəbrayıl Babayevin idarə etdikləri üç "VAZ-2107" markalı avtomaşın toqquşub.

Nəticədə Babayev və sərnişini, həmyerlisi Cəlil Əliyev, Köçəri Rüstəmovun sərnişinləri, həmyerliləri Əsra Bayramova, Alim Seyfullayev hadisə yerində ölüb, Babayevin sərnişini, həmyerlisi Nərminə Babayeva, habelə, Köçəri Rüstəmov və sərnişinləri, azyaşlı uşaqları Nihad və Fərhad, Nuranə Şahmarova, Gülər Bayramova, eləcə də, Zaur Rüstəmov və sərnişinləri, oğlu İsrail və Ruhiyyə Niftəliyeva xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti