...

Bakıda ictimai nəqliyyat vasitələrində insanlardan külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb

Hadisə Materials 3 Dekabr 2010 13:40 (UTC +04:00)
Azərbaycanın paytaxtında insanlardan külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb.
Bakıda ictimai nəqliyyat vasitələrində insanlardan külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın paytaxtında ictimai nəqliyyat vasitələrində insanlardan külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb. Bu barədə cümə günü Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Tağıyevdən 0,243 qram və Camal Nağıyevdən 0,252 qram heroin götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, onlar avqustun 4-də 200 saylı xətt avtobusunda Namizəd Abbasovun cibindən 1900 manat, sentyabrın 6-da 94 saylı xətt avtobusunda Əşrəf Əliyevin cibindən 650 manat, 100 ABŞ dolları və şəxsi sənədləri, oktyabrın 6-da 182 saylı xətt avtobusunda Aydın Şahbazovun cibindən 2500 avro, noyabrın 26-da 200 saylı xətt avtobusunda Zəryar İsayevin cibindən 2000 manat, 2009-cu il noyabrın 4-də isə A.Nemətulla küçəsi 47-də yerləşən mağazada Şahin Məmmədovun cibindən 1400 manat pul oğurlayıblar.

Xəbər lenti

Xəbər lenti