...

Üç Gürcüstan vətəndaşı Azərbaycandan nərə balığı qaçaqmalçılığına görə saxlanılıblar

Hadisə Materials 6 Yanvar 2011 15:19 (UTC +04:00)
Azərbaycan əsilli üç Gürcüstan vətəndaşı Gürcüstan Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən nərə balığı qaçaqmalçılığına görə saxlanılıblar. Nazirlikdən Trend-ə verilən məlumata görə, saxlanılanlar Azərbaycandan Gürcüstana qeyri-qanuni yolla delikates balığı aparıblar.
Üç Gürcüstan vətəndaşı Azərbaycandan nərə balığı qaçaqmalçılığına görə saxlanılıblar

Gürcüstan, Tbilisi, 6 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan əsilli üç Gürcüstan vətəndaşı Gürcüstan Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən nərə balığı qaçaqmalçılığına görə saxlanılıblar. Nazirlikdən Trend-ə verilən məlumata görə, saxlanılanlar Azərbaycandan Gürcüstana qeyri-qanuni yolla delikates balığı aparıblar.

Təxminən 13 min dollarlıq qaçaqmalçılıqla aparılan nərə balığı qanun pozucularının avtomobillərinin baqajında aşkar edilib.

Saxlanılan Gürcüstan vətəndaşları Çoyqun Bəhramov, Xalid Kərimov və Bayram Etimuşevin təqsiri məhkəmə tərəfindən sübut edilərsə, onları üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti