Çərşənbə axşamı qəzalı "Fukusima-1" AES-in yerləşdiyi Yaponiyanın Fukusima prefekturasından şərqdə 6,6 maqnitudalı güclü zəlzələ baş verib. Bu barədə RİA Novosti ABŞ Geologiya Xidmətinə (USGS) istinadən məlumat verib.
Trend-in məlumatına görə, yerli vaxtla saat 16:18-də qeydə alınan yeraltı təkanların episentri Fukusima şəhərindən 312 kilometr şərqdə və paytaxtı Tokiodan 415 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 26,5 kilometr dərinlikdə olub.
Sunaminin yaranma təhlükəsi elan edilməyib.