...

Bakıda Minsk metrosundakı partlayış qurbanlarının xatirəsi yad edilir

Hadisə Materials 13 Aprel 2011 15:22 (UTC +04:00)
Minskin "Oktyabrskaya" metro stansiyasında insan tələfatı ilə nəticələnən terror aktı ilə əlaqədar Belarusun Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.
Bakıda Minsk metrosundakı partlayış qurbanlarının xatirəsi yad edilir

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Minskin "Oktyabrskaya" metro stansiyasında insan tələfatı ilə nəticələnən terror aktı ilə əlaqədar Belarusun Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. Bu barədə çərşənbə günü Trend-ə diplomatik missiyadan məlumat verilib.

Minsk metropoliteninin "Oktyabrskaya" stansiyasında partlayış metroda sərnişinlərin çox olduğu bir vaxtda - bazar ertəsi axşam baş verib. Son məlumatlara görə, 12 nəfər həlak olub, 157 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 26-sının vəziyyəti ağırdır.

Faciə ilə əlaqədar Azərbaycanın rəsmi şəxsləri, ziyalıları və ictimaiyyət nümayəndələri artıq Belarus səfirliyinə gələrək, Belarus xalqının dərdinə şərik və ona dəstək olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti