Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mağaza və avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, Nərimanov RPİ CAŞ və 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağaza və avtomobillərdən oğurluq edənlər, əvvəllər məhkum olunmuşlar Samir Abdullayev, Əli Əhmədov və Abil Əliyev mayın 5-də tutulublar.
Məlum olub ki, onlar 2010-cu il noyabrın 21-nə keçən gecə Xəyal İsmayılova məxsus, dekabrın 29-na keçən gecə Abdulla Abdullayeva məxsus, 2011-ci ildə isə yanvarın 10-na keçən gecə Məmmədağa Qaragözova məxsus mağazalardan, fevraln 23-nə keçən gecə Ruslan Əhmədova məxsus, martın 12-nə keçən gecə Ruslan Məmmədova məxsus, elə həmin gecə Roman Bəxtiyarova məxsus avtomobillərdən, martın 21-də isə Mahir Yusifova məxsus evininin qarşısındakı qarajdan, daha sonra aprelin 17-nə keçən gecə Rafiq Əzizova məxsus, aprelin 22-nə keçən gecə Əsəd Qurbanova məxsus, aprelin 24-nə keçən gecə Natiq Bayramova məxsus və mayın 1-nə keçən gecə Vahid Əzizova məxsus avtomobillərdən oğurluq ediblər.
Bakıda mağaza və avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib
Bakıda mağaza və avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib
