...

Ermənistanda prokuror intihar edib

Hadisə Materials 16 Avqust 2011 18:14 (UTC +04:00)
Ermənistanın Kentron və Nork-Maraş inzibati rayonlarının prokuroru Aram Qriqoryan intihar edib.
Ermənistanda prokuror intihar edib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ermənistanın Kentron və Nork-Maraş inzibati rayonlarının prokuroru Aram Qriqoryan intihar edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan bildirib ki, Aram Qriqoryanın cəsədi Vanadzor şəhərinin qəbirstanlığında tapılıb.

İlkin məlumatlara görə, 37 yaşlı Qriqoryan intiharı xidməti silahı ilə edib. Onun əvvəlcədən yazdığı kağız da tapılıb - Qriqoryan heç kimi öz ölümündə günahlandırmır.

Mərhum prokurorun üç uşağı var. O tutduğu vəzifəyə bir ay əvvəl təyinat almışdı.

Xəbər lenti

Xəbər lenti