Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dünən gecə saatlarında Bakı şəhəri, Yasamal rayonunda "KAMAZ" markalı yanacaq daşıyan avtomobillə "Mersedes" markalı minik avtomobili toqquşub.
Nəticədə yanacaq daşıyan avtosisternin içərisində olan 8 ton yanacaq ətrafa dağılıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər yanğın hadisəsinin baş verməsinin qarşısını alıblar və qəzanın nəticələrini aradan qaldırıblar.