Azərbaycan, Bakı, 22 noyabr /Trend/
İsmayıllı rayonunda bazar ertəsi axşam saatlarında 3,1 bal gücündə zəlzələ baş verib. Bu barədə çərşənbə axşamı Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtı ilə saat 23:42-də olub. Onun episentri Şamaxı rayonunun Purqulu qəsəbəsindən 15 km qərbdə yerləşirdi. Yeraltı təkanlar Pirquluda 3,0 bala qədər hiss olunmuşdur.
Zəlzələ nəticəsində tikililərdə dağıntı yoxdur.