...

Azərbaycanda bu gün Ay tutulmasını müşahidə etmək mümkün olacaq?

Hadisə Materials 10 Dekabr 2011 10:48 (UTC +04:00)
Azərbaycanda hava tutqun olmasa, ay tutulmasını müşahidə etmək mümkün olacaq
Azərbaycanda bu gün Ay tutulmasını müşahidə etmək mümkün olacaq?

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava tutqun olmasa, Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Bunu şənbə günü Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

O bildirib ki, Ay tutulması saat 17:57-də başlayacaq və 1,5 saat davam edəcək.

Saat 18:00-19:00 arasında 50 dəqiqə müddətində tam tutulma müşahidə olunacaq.

Ay tutulmasının qeyri-adi hadisə olmadığını deyən rəsədxana direktoru bildirib ki, il ərzində Ay və Günəş tutulması kimi astronomik hadisələr 3-4 dəfə baş verir.

O, bu astronomik hadisənin insan orqanizminə mənfi təsiri olmayacağını deyib.

Xəbər lenti

Xəbər lenti