...

Bakıda orta məktəbin həyətində iki qardaş bıçaqlanıb

Hadisə Materials 21 Dekabr 2011 09:51 (UTC +04:00)
Bakıda orta məktəbin həyətində iki qardaş bıçaqlanıb.
Bakıda orta məktəbin həyətində iki qardaş bıçaqlanıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda orta məktəbin həyətində iki qardaş bıçaqlanıb.

Xətai rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, Nobel prospekti 159 ünvanında yerləşən 59 saylı orta məktəbin həyətində rayonun Həzi Aslanov qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Rufullayev Vüqar Rafiq oğlu və 19 yaşlı qardaşı Vüsala naməlum şəxslər ağır bıçaq xəsarətləri yetiriblər.

Onlar ağır vəziyyətdə Tibbi Kliniki Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (126-cı) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti