...

Ağdaşda avtomobil aşıb, ölən və xəsarət alan var

Hadisə Materials 26 Fevral 2012 12:24 (UTC +04:00)
Fevralın 25-də Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.
Ağdaşda avtomobil aşıb, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Mehdiyev/

Fevralın 25-də Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobilin sürücüsü S.Sultanzadə xilasedicilər hadisə yerinə çatana qədər təcili yardım xidməti tərəfindən Ağdaş rayonu mərkəzi xəstəxanasına aparılıb.

Avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Füzuli oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Meyit xilasedicilər tərəfindən aidiyyəti qurumlara təhvil verilib.

Xəbər lenti

Xəbər lenti