...

Yəməndə Prezident sarayı yanında partlayış: həlak olanlar var

Hadisə Materials 26 Fevral 2012 12:58 (UTC +04:00)
Yəmənin Prezident sarayı yanında partlayış baş verib. "Reuters" agentliyinin şahidlərə və təcili yardım nümayəndələrinə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 25 nəfər həlak olub, daha onlarla adam isə yaralanıb.
Yəməndə Prezident sarayı yanında partlayış: həlak olanlar var

Azərbaycan, Bakı, 26 fevral / Trend müxbir X.Murtuzayeva/

Yəmənin Prezident sarayı yanında partlayış baş verib. "Reuters" agentliyinin şahidlərə və təcili yardım nümayəndələrinə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 25 nəfər həlak olub, daha onlarla adam isə yaralanıb. Bu barədə Trend RBK agentliyinə istinadən xəbər verib.

Qeyd edək ki, terror aktı Əbd Rəbbi Mənsur Hadinin ölkənin yeni lideri kimi and içəcəyi gün baş verib.

Bugünkü terror aktına görə məsuliyyəti "Əl-Qaidə" radikal terror təşkilatı öz üzərinə götürüb. Məlumdur ki, ölkənin cənubunda fəaliyyət göstərən Yəmən qanadı bu təşkilatın terror aktlarının keçirilməsində nisbətən daha fəal bölmələrindən biridir.

Qeyd edək ki, Yəmənin yeni prezidentinin seçkiləri fevralın 22-də keçirilib.

Xəbər lenti

Xəbər lenti