...

Bakıda 8 yaşlı qız tüfənglə oynayan zaman həyatını itirib

Hadisə Materials 14 Mart 2012 09:44 (UTC +04:00)
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Maştağa qəsəbəsi Ərəblinski küçəsi dalan 1, ev 1-də yaşayan 8 yaşlı Südeyfxanım Abbasova yaşadığı mənzildə qoşalülə ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.
Bakıda 8 yaşlı qız tüfənglə oynayan zaman həyatını itirib

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda 8 yaşlı qız odlu silahla oynayan zaman bədbəxt hadisə baş verib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Maştağa qəsəbəsi Ərəblinski küçəsi dalan 1, ev 1-də yaşayan 8 yaşlı Südeyfxanım Abbasova yaşadığı mənzildə qoşalülə ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.

Məlumata görə, Abbasova mənzildə olan nəzarətsiz tüfənglə oyanayan zaman qəfildən odlu silahdan atəş açılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.

Xəbər lenti

Xəbər lenti