...

Bakıda 50 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 26 Mart 2012 11:03 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Mətbuat prospekti, keçmiş Musabəyov parkında 50 yaşlı Abşeron rayon sakini Yolçu Səfərov bıçaqlanıb.
Bakıda 50 yaşlı kişi bıçaqlanıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bıçaqlanma hadisəsi olub.

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Mətbuat prospekti, keçmiş Musabəyov parkında 50 yaşlı Abşeron rayon sakini Yolçu Səfərov bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan Səfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Səfərovu bıçaqlamaqda şübhəli bilinən Valeh Zamanov saxlanılıb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti