...

Bakıda mənzildə qadın meyti tapılıb

Hadisə Materials 14 Aprel 2012 13:03 (UTC +04:00)
Bakıda mənzildə qadın meyti tapılıb
Bakıda mənzildə qadın meyti tapılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda mənzildə qadın meyti tapılıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar.

Mənzilə baxış keçirilərkən 1936-cı il təvəllüdlü Nəcəbova Bəsti Qasım qızı divanın üzərində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Nəcəbovanın vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti