...

Xəzərdə təhlükə ilə üzləşən balıqçılar xilas edilib

Hadisə Materials 20 Aprel 2012 09:41 (UTC +04:00)
Xəzərdə təhlükə ilə üzləşən balıqçılar xilas edilib.
Xəzərdə təhlükə ilə üzləşən balıqçılar xilas edilib

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Xəzərdə təhlükə ilə üzləşən balıqçılar xilas edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Xəzər dənizinin nəzarət olunmayan hissəsindən balıq tutmaq məqsədilə mühərrikli rezin qayıqla dənizə çıxmış 3 nəfər sahildən 2 km aralıda mühərrikin nasazlığı səbəbindən təhlükə ilə üzləşiblər.

Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Sularda Xilasetmə məntəqəsinin xilasediciləri vətəndaşları xilas edib və qayığı sahilə çıxarıblar.

Xəbər lenti

Xəbər lenti