...

İndoneziyada Rusiya təyyarəsi "Superjet-100" radarların ekranından itib

Hadisə Materials 9 May 2012 15:03 (UTC +04:00)
Cakartada nümunəvi uçuş həyata keçirən Rusiya təyyarəsi "Superjet-100" radarların ekranından itib, təyyarənin axtarışı aparılır.
İndoneziyada Rusiya təyyarəsi "Superjet-100" radarların ekranından itib

Azərbaycan, Bakı, 9 may /Trend/

Cakartada nümunəvi uçuş həyata keçirən Rusiya təyyarəsi "Superjet-100" radarların ekranından itib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti İndoneziyanın aviasiya rəhbərliyinə istinadən məlumat verir.

İtən "Superjet-100" təyyarəsində heyət daxil olmaqla 44 nəfər - 8 Rusiya və digər ölkələrin 36 vətəndaşı var. Mobil zənglərə heç kim cavab vermir.

Təyyarə nümunəvi uçuşdan sonra təyin edilən vaxtda aerodroma qayıtmayıb.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti