...

Zaqatalada növbəti zəlzələ baş verib

Hadisə Materials 15 May 2012 08:21 (UTC +04:00)
Çərşənbə axşamı səhərin erkən saatlarında Zaqatala rayonunda 3,0 maqnitudalı zəlzələ baş verib.
Zaqatalada növbəti zəlzələ baş verib

Azərbaycan, Bakı, 15 may /Trend/

Çərşənbə axşamı səhərin erkən saatlarında Zaqatala rayonunda 3,0 maqnitudalı zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 05:30-da Zaqatala şəhərindən 3 km cənubda qeydə alınıb.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə Zaqatalada 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir. İnsan ölümü və ciddi xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti