Azərbaycan, Bakı, 31 iyul / Trend müxbir K.Zərbalıyeva/
Mingəçevir sakini arvadını balta ilə qətlə yetirib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Mingəçevir şəhər sakinləri Elbrus Qasımov qayınatası Mirzəağa Qurbanovun evində olarkən qısqanclıq zəminində arvadı Gülşənə balta ilə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Gülşən orada ölüb.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Mingəçevir şəhər Polis İdarəsi tərəfindən aparılır.